XƏBƏRLƏR / Hərbi

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

    Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.