Bakıdan Naxçıvana təxirə salınmış 4 reys həyata keçirilib
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib
Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış 4 reys həyata keçirib: J2-2251, J2-265, J2-261 və J2-257.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.
Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.
Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.
Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə əldə etmək, həmçinin callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.