Bakının Hindistan silahına "meyli", Dehlinin "küstərəcəyi"
Hindistanın “The Print” qəzeti Azərbaycanın Hindistandan silah almaq arzusunu Bollivud üslubunda yazıb

Hindistanın “Print” qəzeti (ada bax da!) məqalə dərc edib ki, Azərbaycan, sən demə, gözəl hind silahlarını üçüncü ölkələr vasitəsilə almaq istəyib, lakin Hindistan "Yox, mən səndən küstərəcik" deyib, bundan qəti şəkildə imtina edib.
Bu məqalənin hind filmi kimi süjeti var: tam aydın deyil, Azərbaycanın belə bir istəyi varsa, niyə üçüncü ölkə vasitəsilə müraciət edib? Utanır, nədir?
Çox güman ki, Ermənistanda bu gözəl silahlardan doyub və onları daha almaq istəmir, ya da ala bilmir. Lakin Bollivudun Hindistan silahlarını bu qədər sevən ikinci alıcısı yoxdur.
Ona görə də mən hesab edirəm ki, burada ümid ondan ibarətdir ki, Azərbaycan nə vaxtsa doğrudan da meyl edəcək (baxmayaraq ki, Azərbaycanın meylini necə göstərsin ki, tam başa düşməmişəm, desin ki, siz imtina edin, biz də israr edəcəyik. Məclisə gitara gəlsin? Çağırın onu, gəlsin).
Daha doğrusu, ssenari belədir: Ermənistan narahat ola bilər ki, Azərbaycan onların silahları ilə maraqlanacaq, qaçıb gəlib titrəyəcək: "Ara, Hind-Avropa qardaşları, onlara silah satmayın, hamısını özümüz alacağıq".
Yaxud Azərbaycana silah satmaqdan imtina etdiklərinə görə "minnətdarlıq əlaməti olaraq onların dəmir borularına daha bir milyard xərcləyərik".
Bu yerdə hamı rəqs etməyə başlayır. Hamı firlansın! Fırlanın!
"Азербайджан и Международная аналитика" Teleqram Kanalı