Bakının Xətai rayonunda 18 yaşında gənc qətlə yetirilib
Araşdırma rayon prokurorluğu tərəfindən aparılır
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.
Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
1 dəqiqədən az