XƏBƏRLƏR / İctimaiyyət

Bayrağımız 7 ildən sonra Dövlət Bayrağı Meydanında FOTO

Bunu əks etdirən foto sosial şəbəkə platformalarında yayılıb

Bayrağımız 7 ildən sonra Dövlət Bayrağı Meydanında FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bayrağı Dövlət bayrağı Meydanındakı yerinə qaytarılıb.

    Bunu əks etdirən foto sosial şəbəkə platformalarında yayılıb.

    Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

    Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.

    Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. 2017-ci ildən söküntüsünə başlanılan və yeni dirəyin quraşdırıldığı meydanda bu gün bayraq qaldırılıb.

    Hazırda bayrağın test məqsədilə qaldırıldığı bildirilir.