XƏBƏRLƏR / Diplomatiya

Bayramov Yohan David Vadeful və Stiven Dauti ilə danışıb

Bu barədə XİN-dən məlumat verilib

Bayramov Yohan David Vadeful və Stiven Dauti ilə danışıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Bu barədə XİN-dən məlumat verilib.

    Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

    Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

    Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

    Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    9 mart tarixində Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. 

     

    Tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.

    Birləşmiş Krallıq tərəfi İranın ölkəmizə qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb. 

    Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. 

    Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları
    ətrafında fikir mübadiləsi aparılıb.