XƏBƏRLƏR / İctimaiyyət

BDYPİ yenə sürücülərə müraciət edib

Xarici işıq cihazlarının sazlığına diqqət yetirin!

BDYPİ yenə sürücülərə müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığına və təmizliyinə diqqət yetirməyə çağırıb.

    BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

    Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.

    “Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.