XƏBƏRLƏR / İctimaiyyət

JAMnews-un siyasi müşahidəçisi Şahin Rzayev saxlanılıb

O, “xırda xuliqanlıq” maddəsi ilə 15 sutkalıq həbs edilib

JAMnews-un siyasi müşahidəçisi Şahin Rzayev saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UK Conflict, Stability and Security Fund-un dəstəyi ilə çıxan JAMnews reqional nəşrinin siyasi müşahidəçisi Şahin Rzayev həbs edilib.

    Yaxınlarının dediyinə görə, o, yanvarın 15-də günorta saat iki radələrində evdən mağazaya çıxıb və bundan sonra onunla əlaqə kəsilib.

    Sonradan məlum oldu ki, o, polis tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsi ilə 15 sutkalıq həbs edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Turan"a Rzayevin həbsi ilə bağlı məlumatı təsdiqləyib.

    Rzayev böyük iş təcrübəsi malik olan jurnalistdir. O, Cənubi Qafqazda sülhün əldə edilməsinə yönəlmiş çoxsaylı regional vətəndaş cəmiyyəti layihələrində iştirakı ilə tanınır.

    Rzayev vaxtaşırı Azərbaycan hakimiyyətini tənqid edib.