XƏBƏRLƏR / Hadisə

BƏƏ-də 30 mərtəbəli binada baş verən yanğın söndürülüb

Bu barədə “Əl Marsad” xəbər portalı xəbər verir

BƏƏ-də 30 mərtəbəli binada baş verən yanğın söndürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

    “Əl Marsad” xəbər portalı xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.

    Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb.

    Ölən və xəsarət alan olmayıb.

    Yanğının baş vermə səbəbləri araşdırılır.