Belarus Ağdamda kənd təsərrüfatı şəhərciyi salacaq
Bu Komitə sədri Anar Quliyevlə Belarusun XİN müavini İqor Nazarukun görüşündə müzakirə olunub
Ağdam rayonunun Qızıl Kəngərli kəndində belaruslu mütəxəssislərin iştirakı ilə kənd təsərrüfatı şəhərciyinin salınması layihəsi həyata keçirilir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda keçirilən görüşündə müzakirə olunub.
Tərəflər kənd təsərrüfatı şəhərciyinin yaradılması ilə bağlı layihələndirmə işlərinin gedişi, layihənin Ağdam rayonunda yaşayış məntəqələrinin inkişafına, kənd ərazilərinin və bütövlükdə rayonun iqtisadiyyatının dirçəldilməsinə təsirini müzakirə ediblər.
Quliyev bildirib ki, kənd təsərrüfatının inkişafında Belarus təcrübəsindən istifadə iki ölkə arasında əməkdaşlığı genişləndirəcək.