XƏBƏRLƏR / İqtisadiyyat

Belarus Baş nazirinin Füzuli və Ağdama səfəri başa çatıb

Turçini Azərbaycanın Baş naziri Əli Əsədov müşayiət edir YENILƏNIB / FOTO

Belarus Baş nazirinin Füzuli və Ağdama səfəri başa çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:25

    Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Füzuli və Ağdama səfəri başa çatıb.

    Baş nazir səfər çərçivəsində Ağdam Sənaye Parkı, rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə və Sarıcalı kəndi ilə tanış olub.

    Belarus hökumətinin başçısı sənaye parkı ilə tanışlıq zamanı burada görülən işlərlə maraqlanıb.

    Sonra Sarıcalı kəndi ilə tanışlıq olub. Daha sonra isə Ağdamın Qızıl Kəngərli kəndində olublar. Tanışlıq çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

    Bildirilib ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq.

    Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

    ***

    16:00

    Ağdama səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Qızıl Kəngərli kəndində olublar.

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

    Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

    ***

    14:50

    Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri ilə tanış olublar.

    Baş nazirlər Sarıcalı kəndində aparılan yenidənqurma işləri ilə tanış olublar.

    ***

    Mayın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçiniz Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

    Səfər çərçivəsində Aleksandr Turçini azad olunduqdan sonra Füzuli rayonunda aparılan yenidənqurma və quruculuq işləri ilə tanış olub.