13:58
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi, hərbçi Rəşadət Piriyev qalıqları mayın 22-də Yeni Daşkənd kəndində dəfn edilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
Dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb.
***
12:05
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib.
Şəhidlə Bərdə rayonunun Yeni Daşkənd kəndində vida mərasimi keçirilir.
Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılacaq.
1 dəqiqə