Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürüldü
Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb
İctimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
Bildirilib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.