"Əliyev ermənilərin ölkəni tərk etməsinə göstəriş verməyib"
Bu barədə Britaniyanın The Guardian nəşri yazır
Britaniya The Guardian-ın nəşri Qarabağ olaylarına həsr olunmuş məqaləsində yazır:
"Avropa və beynəlxalq ictimaiyyət Qarabağın rəsmi olaraq Azərbaycanın tanınmış sərhədləri daxilində yerləşməsi faktını heç vaxt şübhə altına almayıb və Ukraynadakı müharibə beynəlxalq hüquq çərçivəsində suverenlik və ərazi bütövlüyünün vacibliyini bir daha vurğuladı.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyev 120 min yerli erməninin ölkəni tərk etməsinə göstəriş verməyib.
Ona görə də “etnik təmizləmə”dən söhbət gedə bilməz!"