XƏBƏRLƏR / İdman

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib

BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Tomas Bax
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Bakıya gəlib.

    Qurum başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

    BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq

    Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

    Qeyd edək ki, Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib