XƏBƏRLƏR / Hava

Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.