XƏBƏRLƏR / Kriminal

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

    Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.

    Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 min manat məbləğində cərimə tətbiq olunub.