XƏBƏRLƏR / Ekologiya

Bilgəh sahilində kütləvi suiti və quş meyiti aşkar edilib

Bu Rusiyanın Xəzər dənizindən Ukraynanı mütəmadi raket atəşınə tutması ilə bağlı ola bilər

Bilgəh sahilində kütləvi suiti və quş meyiti aşkar edilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakının Sabunçu rayonu, Bilgəh kəndindəki ictimai çimərliklərdən birində çoxlu sayda suiti və quş meyiti tapılıb. "Ecofront" təşkilatı bu barədə məlumat verərək, səlahiyyətlilərdən problemin epidemioloji təhlükəsini nəzərə alaraq yoxlama aparmağı xahiş edib.

    Bu, Xəzər sahillərində suiti cəsədlərinin aşkarlanmasının ilk hadisəsi deyil. Ötən ilin oktyabrında Xəzər dənizinin Qazaxıstan sahillərində 300-dən çox ölü suiti aşkar edilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda idarənin əməkdaşları ərazidədir. Mütəxəssislər suiti və quşların ölüm səbəbini müəyyən etmək üçün cəmdəklərdən nümunələr götürəcəklər. Təhlildən sonra məlumat veriləcək.

    Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti, Dövlət Ekoloji Təhlükəsizliyi Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ölmüş heyvanlardan nümunələr götürüb. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

    Qeyd edək ki, Bilgəh sahili Abşeron yarımadasının şimalında yerləşdiyindən heyvanların Rusiya sularında kütləvi tələf olması ehtimalı var. Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Xəzər dənizinin şimalında yerləşən hərbi raket gəmiləri Ukraynanı mütəmadi atəşə tutması adi hal alıb. Məhz bu raket hücumlarından sonra Dağıstan, Qazaxıstan və Azərbaycan sahillərində heyvanların kütləvi sürətdə leşlərı peyda olur. Kütləvi tələfatın Rusiyanın Xəzərı hərbiləşdirməsi ilə bağlı olması ehtimalı ciddi araşdırılmalıdır.