
Rusiya Prezidentinin köməkçisi təbliğat, xarici siyasət və tarixi daxil olmaqla bir neçə konseptual tezislərin müəllifidir. Nazir Lavrovun mümkün xələfi kimi adlandırılan adam şübhəsiz erudit və təşəbbüskardır.
Danışıqlar qrupunun rəhbəri kimi qalmaqallı bəyanatının gedişində Kremlin Ukrayna ilə bağlı gələcək hərəkətlərinin konseptual əsaslarını səhv və ya bəlkə də qəsdən açıqladı.
Beləliklə, əsas tezisləri vurğulamağa çalışacağam:
- Rusiya Ukraynaya münasibətdə Alma-Ata Bəyannaməsinin prinsiplərini rədd edir;
- Rusiya və Ukrayna arasında əvvəllər imzalanmış bütün saziş və müqavilələr siyasi reviziyaya məruz qala bilər və açıq-aşkar məruz qalacaq;
- Daha əvvəl elan edilmiş V. Putinin prinsipi"... SSRİ-yə kim hansı sərhədlərdə daxil olubsa, eyni sərhədlərlə də çıxa bilər və çıxmalıdır...“ - keçmiş SSRİ ölkələri ilə yeni münasibət konsepsiyasının əsasına çevriləcək;
- Rusiya Federasiyasının "atəşkəs rejiminə" razılığı yalnız Ukraynanın işğal olunmuş ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanımaqla ola bilər.
Medinskinin "Azərbaycan mövzusu" ilə bağlı bəyanatının tezisləri əsaslı deyildi, amma istifadə olunan və qəbuledilməz siyasi lüğət əslində Mariya Zaxarovanın cavabında təkzib edildi.
Lakin "Strateji qarşılıqlı əlaqələr kontekstində daha balanslı mövqe"nin zərurəti ilə bağlı edilən digər şərhlər açıq-aşkar və birmənalı olaraq Azərbaycanı yuxarıda adı çəkilən "Putin" (kim nə ilə giribsə, onunla da çıxsın) konsepsiyasına qoşulmağa çağırır...
Əgər belədirsə, onda Ermənistanın Batumi və Moskva müqavilələrinin sərhədlərinə qayıtması (9.700 kv.km. ) Cənubi Qafqazdakı vəziyyətdə yeni trendə çevrilə bilər. Ona görə də cənab "Medinskinin açıqlamasının" davamı bəlkə də daha maraqlı olacaq.
Sizi bilmirəm, əziz oxucular, amma mən inanıram ki, Ukraynanın ərazi bütövlüyünün, eləcə də Danimarka Krallığının ərazi bütövlüyü onların dövlətlərinin və xalqlarının vəzifəsidir...
Azad Qrenlandiya və ya Korsika azad Zəngəzur kimi bu gün daha da aktual səslənir.