XƏBƏRLƏR / İctimaiyyət

Bir qrup jurnalist #icazəlimediaistəmirik aksiyası keçirir

Kampaniya bütün sivil vasitələrdən istifadə etməklə Media Reyestrinə etiraz edəcək

Bir qrup jurnalist #icazəlimediaistəmirik aksiyası keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda bir qrup müstəqil jurnalist mediada və sosial mediada #icazəlimediaistəmirik adlı kampaniyaya başlayıb. Onlar bu haştaqla ötən ildən qüvvəyə minən "Media haqqında" qanuna, eləcə də həmin qanundan irəli gələrək yaradılan Media Reyestrinə etiraz edirlər. 

    Kampaniyanın təşəbbüskarları "Bütün sivil vasitələrdən istifadə etməklə ölkə rəhbərliyini inandırmağa çalışacağıq ki, bu qanunun tətbiqi Azərbaycanı geriyə atacaq və heç nə onu xilas etməyəcək. Müstəqil medianın məhvi, ümumiyyətlə, medianın hakimiyyətin nəzarətində olması elə ölkənin özü üçün faciədir, korrupsiyanın çiçəklənməsi, şəffaflığın, hesabatlılığın olmamasıdır" deyə bildiriblər.