XƏBƏRLƏR / İctimaiyyət

Birinci Qarabağ müharibəsi şəhidi torpağa tapşırılıb

Cahid Nağıyevin nəşi 30 ildən sonra Xocavənd rayonunun Ədilli kəndində tapılaraq ailəsinə təhvil verilib

Birinci Qarabağ müharibəsi şəhidi torpağa tapşırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Nağıyev Cahid Şəfa oğlunun cəsədi 30 ildən sonra Xocavənd rayonunun Ədilli kəndində tapılaraq ailəsinə təhvil verilib.

    Bu gün mərhumun yaxınlarının Bakının Nərimanov rayonundakı evində vida mərasimi keçiriləcək.

    C.Nağıyevin nəşi Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində dəfn olunub.

    Qeyd edək ki, C.Nağıyev 1993-cü ildə Füzuli rayonunda itkin düşüb.