Biz qanunsuz silahlı birləşmələrin imkanlarını dəqiq bilirik
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarabağdakı erməni QSB barədə CBC televiziyasına müsahibəsində deyib
Zakir Həsənov qeyd edib ki, Azərbaycan böyük kəşfiyyat imkanlarına arxalanaraq Qarabağda olan Ermənistanın qanunsuz silahlı birləşmələri (QSB) haqqında tam məlumata malikdir.
“Biz onlarda olan silahlar haqda tam məlumatlıyıq. Bu texniki təmir və texniki xidmətə ehtiyacı olan onlarla tankdır, problemləri olan onlarla topdur.... Mən qəti şəkildə deyə bilərəm ki, bu “bölmələr” Azərbaycan üçün heç bir təhlükə yaratmır. Onların bütün imkanları kiçik təxribatlar törətməkdən ibarətdir. Lakin onlara xəbərdarlıq edirəm ki, bu halda Azərbaycan qanunlarına uyğun olaraq onlara qarşı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrindən istifadə olunacaq və bu, onları bütün tələbləri yerinə yetirməyə məcbur edəcək”, - deyə nazir bildirib.
Həsənov qeyd edib ki, o, dərrakənin qələbəsinə ümid edir və qeyri-qanuni silahlı birləşmələr “heç bir variantının olmadığını” anlayaraq, beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hərəkət etməlidirlər.
"Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı birləşmələrinin öhdəsindən Azərbaycan ordusunun cəmi bir korpusu gələ bilər," - müdafiə naziri bəyan edib.