Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik
Azərbaycan XİN İsrailin Qatar ərazisinə hücumuna münasibət bildirib

Azərbaycan xarici işlər nazirliyi İsrailin Qatarın paytaxtı Dohaya hava zərbələrinə rəsmi X hesabında münasibət bildirib:
Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq.
Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq.