XƏBƏRLƏR / Siyasət

Blinken Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib

Bu barədə Antoni Blinken Twitter-də məlumat verib

Blinken Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel ilə Cənubi Qafqazda sülhü müzakirə edib.

    Bu barədə Antoni Blinken Twitter-də məlumat verib:

    "Bu gün Aİ Şurasının Prezidenti Şarl Mişel ilə Ukraynaya dəstək, Cənubi Qafqazda sülh və transatlantik tərəfdaşlığımızın dərinləşdirilməsi məsələlərini müzakirə etmək çox xoş idi", - Blinken bildirib.

    Xatırladaq ki, mayın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə Əliyev-Paşinyan danışıqları planlaşdırılır.