XƏBƏRLƏR / İctimaiyyət

Bodrum sahillərində 44 qeyri-qanuni immiqrant xilas edilib

Bu barədə Türkiyənin Təhlükəsizlik Komandanlığı məlumat verib

Bodrum sahillərində 44 qeyri-qanuni immiqrant xilas edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bodrum sahillərində eyni gündə qeyri-qanuni immiqrantların xilası və yaxalanması istiqamətində bir neçə əməliyyat keçirilib.

    Bu barədə Türkiyənin Təhlükəsizlik Komandanlığının saytında yer alan məlumatda deyilir.

    Məlumata görə, Türkiyə qüvvələri tərəfindən ölkənin ərazi sularına çıxarılan iki ayrı rezin qayıqda 44 qeyri-qanuni immiqrantı xilas edilib.

    Bodrum sahillərində başqa bir vaxtda Sahil Mühafizəsi gəmisi tərəfindən təsbit edilən və dayandırılan başqa bir rezin qayıqda olan 31 nizamsız immiqrant da yaxalanıb.

    Köç əməliyyatlarının ardından onlar Miqrasiya İdarə Müdirliyinə təhvil verilib.