Deyirlər, zaman heç kimi bağışlamır. Yalandır. Zaman bəzi adamlara toxunmağa cəsarət etmir. Sadəcə, hər il gəlib qapısındakı nömrəyə bir yaş da əlavə edir və elə qapının özündən üzr istəyib çıxıb gedir.
18 noyabr da həmin günlərdən biridir. Böyük qardaşım Seyfullanın ad günüdür.
Bizim ailədə maraqlı qanunlar işləyir. Hörmət satın alınmır. Sədaqət kirayəyə verilmir. Qardaşlıq isə müqavilə ilə tənzimlənmir. Qardaş dediyin adam yaxşı gündə yanında şəkil çəkdirən sifət deyil. Pis gündə səninlə eyni düşmənə baxıb, baxışları ilə onun bəbəyini deşəndir.
Deyirlər, insan yaşlandıqca müdrikləşir. Mən bu nəzəriyyəyə şübhə ilə yanaşıram. Çünki kifayət qədər yaşlı axmaq tanıyıram. O ki qaldı Seyfullaya, o, istisnadır. O, yaşlanmışlara da, qurumuşlara da müdrüklük dərsi keçənlərdəndir. O, o qədər qocaman müəllimdir ki, onun bəzi şagirdləri artıq ölüb.
Bir də deyirlər ki, cənnətdə mələklər, cəhənnəmdə şeytanlar yaşayır. Bu səbəbdən, düşünürəm ki, Seyfullanın yeri həm bu dünyada, həm də o dünyada cənnətdir. Ona görə ki, şeytanlar onunla bir qədər ehtiyatlı davranırlar. Çünki onunla ünsiyyət şeytan əməli deyil.
Çingizlə də belə idi...
Əziz Böyük Qardaş!
Sənə uzun ömür, möhkəm cansağlığı və bol-bol xoşbəxtlik arzulayıram. Ata-babalarımız demişkən:
"Hörmət qazanılır. Xarakter insanı əfsanəyə çevirir. Qardaşlıq isə ömürlükdür".
Ad günün mübarək, Böyük Qardaş!
2 dəqiqə