BLOQ

Ramazanın olar-olmazları

Halal, ya haram

Ramazanın olar-olmazları
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu il də bizi Ramazana qovuşduran Allaha sonsuz şükürlər olsun.

    Ramazan lüğətdə yandırıcı istiyə deyilir. Bu aya belə bir adın verilməsi həm onun ilin həmin vaxtına düşməsi ilə əlaqəlidir, həm də fəlsəfi mənası ilə. O da bu ay Quranın nazil olmağa başladığı ay olduğu üçün günahların Allahın mərhəməti ilə sanki yanıb məhv olması, həm də duaların daha tez qəbul olması ilə əlaqəlidir.

    Ramazan bizə iki ictimai səbəbə vacib edildi.

    1. Yoxsulların bir ömür yaşadıqlarını süni şəkildə yaşamaq.

    2. Sahib olduqlarımızın qədrini bilib, bir gün sahib ola bilməyəcəyimiz şəraitlə üzləşməyi süni şəkildə yaşamaq.

    Bu  ayın olar-olmazları ilə bağlı müxtəlif fikirlər irəli sürülüb şəriət kitablarına yazılsa da, Qurana görə üç haldan xaric deyil:  imsakdan iftara qədər qəsdən yemək, içmək və cinsi əlaqədə olmaq. Hər hansı biri unutqanlıq üzündən olarsa, o halda pozmur. 

    Qurani əsası olmayan olmazlara həm də səfər zamanı oruc tutmaqdır. İstənilən yerə, istənilən məsafəyə, istənilən müddətə səfər etmək olar və  bir üzrlü hal yoxdurda, oruc tutmaq vacibdir.

    Qurani əsası olmayan qadağalardan biri də qadınların xüsusi günlərdə  bu ayda oruc tutmamaları ilə əlaqəlidir - nə Allah belə bir qadağa qoyub, nə Peyğəmbər icraata.

    Bir çox hallarda bir çox məsçidlərdə bu ayın əhval-ruhiyyəsi hiss olunmur. Qədr gecələrində mərsiyələr deyilir, ramazan ayına aid olmayan ayinlər yerinə yetirilib , dualar oxunur. Məsələn, cəm halında təravih namazları qılınır, Quran başa qoyularaq imamlara and verilir və ya mərsiyələr oxunur. Bir halda ki, Allah peyğəmbəri bu ayda yalnız Quran oxuyub dualar edər, insanları həqiqi İslama dəvət edər və qeyd olunanlarln heç birini etməzdi.

    Bir müsəlman kimi  bu ayın fəzilətini dərk etmək üçün Allaha xatir Allah peyğəmbərinin ənənəsinə sadiq qalmalıyıq. Allah ibadətlərinizi qəbul etsin. Amin ya Muin.