BLOQ

Qara kvadrat

Mərkəzdə özüməm

Qara kvadrat
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əsəri yaradan fırça ilk növbədə MƏRKƏZİ nöqtəni yaradır. Mərkəzdə kimi, nəyi qoyubsan, hansı nöqtəni? Ədəbi mətnin mərkəzində ədədi qəhrəman yoxsa, heç, apar qaytar bu mətni AYB-yə, yaxud AYO-ya. Mətnin mərkəzində qurbanlar yox... Qurbanəlilər yoxxxx... Sırf qəhrəmanlar olmalıdır.

    Şəxsən mən öz ədəbi mətnimin mərkəzinə ÖZÜMÜ yerləşdirmişəm. Bununla da mətnin mərkəzi nöqtəsini tapmışam. Mərkəz varsa, heç, bədii mətn anında öz ətrafını hörməyə kərpic tapacaq.

    Mərkəzdə özüməm. Bu çox nadir inqilab oldu nəsrdə. İlk dəfə bədii mətnin ortasında müəllif özü dayandı. Nəticədə Avropa nihilistlərinin "Müəllif ölümü" iddiası ləğv oldu nəsrdə. Ən azı Azərbaycan nəsrində. Modernə bax bu cür qayıtdım. Qayığımı bu cür yondum əlimə keçəndən.
    Müəllifi nəsrə, mətnə qaytardım. Ədəbi dairənin pərgarı özüməm. MÜƏLLİM YOX...MÜƏLLİF QAYITDI BƏDİİ MƏTNƏ...

    P. S. Fəndimi təkrarlamayın. Müəllif haqları özümdədir. Bir də, ən mühümü, mərkəzdəki qəhrəman, əvvəla özünüz olmalıdır.
    İkincisi, həqiqətən QƏHRƏMAN olmalıdır.

    Fövqəlinsan olmalıdır.
    Postinsan olmalıdır.

    Ubermensh olmalıdır.

    Adi qəhrəman girmir bu nöqtəyə.

    Adiliyi qoya bilməzsiz, qoşa biməzsiz bu mərkəzə.

    Bax budur Maleviçin dediyi QARA KVADRAT.