Məncə, İran Ali Təhlükəsizlik Şurasının yeni sədri Əli Əkbər Əmədiyan Şuranın yeni tərkibli ilk iclası zamanı Ukraynaya məxsus "Boinq-747" təyyarə qəzasını, Azərbaycan səfirliyinə hücumu birgə həll etməyi təklif edib.
Yeni sədr bir güllə ilə iki hədəfi vurmaq məharətini nümayiş etdirməklə, yeni vəzifəsində peşəkarlığını sərgiləyib. Vəzifəyə uyğunluğunu isbatlayıb.
Böyük Avrasiya nərdtaxtasında oynamaq hünəridir.
Beləliklə, qoşa qərar çıxarılıb - hər ikisinə tənzimat ödənilsin.
Bununla da, yeni Ali Təhlükəsizlik Şurası sədri Moskvaya fərqli münasibətini sərgiləyib.
İşarə ötürüb ki, Ukraynanın təyyarə dosyesi Haaqa məhkəməsinə çıxarılmasın.
Detal-qərar Rusiya rəhbərliyinin Haaqa məhkəməsi ilə hədələndiyi vaxt verilib.
Sinxronluq burada da gözlənilib.
Bu da bir başqa peşəkarlıq nümunəsidir.
ABŞ-İran arasındakı maliyyə yumşaldılmalarında bu jest, görünür, əsas olub.
İran dronlarının Ukraynaya vurduğu ziyan dosyesinə day ehtiyac qalmayıb.
İranı bu dosye ilə sadəcə qorxudublar, vəssəlam.
Yəni ABŞ İranın Koreyadakı dondurulmuş avuarlarını bir şərtlə qaytarır - Ukrayna, Azərbaycan bu puldan öz haqlarını, təzminatlarını alacaqlar, vəssəlam.
ABŞ diplomatiyası da bununla göydə iki quşu vurub, elə İran da.
Azərbaycan, Ukrayna mövzusunda İran şəhri Rey Vaşinqton ssenarisin qəbul edib.
Dosyelər də qoşa atılıb masaya.
Zərlər də.
Təzminat da.
İran Ali Təhlükəsizlik Şurası zərləri qoşa atır həmişə.
İran şahmat oynamır, nərd estetikasında hərəkət edir.
Şuranın yeni tərkibi, indən belə, bax, bu xətlə hərəkət edəcək.
Bu qədər net və aydın.
İran XİN-i artıq Ukrayna, Azərbaycan mövzusunda icraçıdır. Dirijor çubuğu Əli Əkbər Əhmədianda, İran Ali Təhlükəsizlik Şurasındadır.
Tamaşa bitdi, cənab Əbdullahian.
Dosyelər əlindən alındı.