BRİKS Sammitinin üçüncü günüdür BİRBAŞA
Rusiyanın Kazan şəhərində BRİKS sammiti keçirilir
Bu gün BRİKS sammitinin sonuncu günüdür.Bu gün, oktyabrın 24-də BRİKS sammitinin birinci plenar iclası və autreach/BRICS plus formatında ikinci plenar iclası, həmçinin Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın baş naziri Nikol Paşinyan, Efiopiyanın Baş naziri Abiy Əhməd, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza, Çin lideri Si Cinpin, Misir Presidenti Əbdülfəttah Əs-Sisi, İran Prezidenti Məsud Pezeşkian, Fələstin Prezidenti Mahmud Abbas və s. Kazan şəhərindədirlər.
BRİKS sammiti oktyabrın 22-dən başlayıb və oktyabrın 24-dək Kazanda keçirilir. Bu, geniş formatda ilk sammitdir. Bu ildən Misir, İran, BƏƏ və Efiopiya da assosiasiyanın beş əsas ölkəsinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulub. 2024-cü ildə Rusiya BRİKS-ə sədrlik edir.