Brüsseldə keçiriləcək görüş baş tutmayacaq...
Toivo Klaarın danışdığı AB məqsədi haqqında paraqraf məni cəlb etdi
Oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş baş tutmayacaq...
Amma cənab Klaarın danışdığı Avropa İttifaqının məqsədi haqqında paraqraf məni cəlb etdi. Belə çıxır ki, Aİ-nin məqsədi sırf ermənilərin Qarabağa qayıtmasıdır. Ümid edirəm ki, Aİ-nin hələ də vasitəçiliklə bağlı məqsədləri var, əks halda Brüssel görüşü çox gözləməli olacaq... Azərbaycan rəhbərliyinin vaxt qıtlığı uzun müddətə ola bilər...
Xəbərin tərcüməsi:
Oktyabrın sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş baş tutmayacaq. Bu barədə Yerevanda keçirilən forumda uzaqdan iştirak edən Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib.
Aİ-nin xüsusi nümayəndəsi buna səbəb kimi vaxtın azlığını göstərib.
“Bizim məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Əliyevin iştirak etmədiyi Qranada görüşünü vurğulayaraq, biz indi Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq”, - deyə Klaar mümkün yeni tarixləri açıqlamayıb.
“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, - avropalı diplomat vurğulayıb.
İki gün əvvəl Tehranda xarici işlər nazirlərinin görüşünün keçirildiyi “3+3” formatına gəlincə, Klaar bildirib ki, bu, problemin həlli olmasa da, faydalı ola bilər, “heç bir ziddiyyət yoxdur”.