BLOQ

Səfər məsələsi

Səfərdə oruc tutmaq olar, ya yox?

Səfər məsələsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bəqərə 185-də deyilir:

    "Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar".
    Ayədə  iki dəstə göstərilsə də, bu barədə icazə mövzusunda iki fərqli cavab verilir.

    1. Xəstə şəxslərin xəstəlik dərəcəsi nəzərə alınır, həkim müayinəsi məsləhət görülür və ciddi çətinlik yaranacağı təqdirdə oruc tutmamaq tövsiyə olunur. 

    2. Səfər məsələsinə gəlincə, müctəhidlər tərəfindən fərqli məsafələr qeyd olunur və həmin məsafə qət edildikdən və 10 gündən az qalındığı təqdirdə oruc tutmamağa dair hökm verilir. Bir halda ki, ayədə məsafə və müddətdən söz açılmır. 

    Yəqin ki, bu barədə hansısa hədisə istinad olunub. Amma hədis Quranla təsdiqini tapmalıdır. Peyğəmbər bu barədə əsas səfər zamanı real çətinliyi önə çəkir. Elə bir hal yarandıqda oruc tutmamağa dair hökm verilir. 

    * Və burada başqa bir məqama da işarə olunmalıdır.

    Axı ayə qadağa olaraq "TUTMAYIN!" hökmünü vermir, sadəcə, tutmadıqları günlər qeyd olunur. Bu isə o deməkdir ki, səfərdə ya oruc tutmaq olar və ya çətinlik yarandıqda tutmaq olmaz. Olmadıqda, təbii ki, insan ağlı buna müvafiq hökm verməlidir.