"Qarabağ" Premyer Liqanın XXIX turunda "Zirə"ni məğlub edib
Misli Premyer Liqasının XXIX turunda daha bir görüş “Sabah”la “Kəpəz” arasında olub

22:10
Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə"ni məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 15-ci dəqiqədə Kadi Korqes vurub.
"Qartallar"ın heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.
Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikincidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" səfərdə "Sabah"a (1:0) qalib gəlib.
***
18:58
Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib.
“Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
"Bayquşlar" 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
***
09:57
Bu gün Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.
Ağdam təmsilçisi 67 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikinci yerdədir.
Turun digər matçında "Sabah" "Kəpəz"i sınağa çəkəcək. Saat 17:00-da start götürəcək görüş “Bank Respublika Arena” da reallaşacaq.
Paytaxt təmsilçisi 36 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 24 xalı olan gəncəlilər doqquzuncu pillədə yer alıb.
Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXIX tur
6 aprel
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu