"Bu gün regional sabitliyə təhlükə İran tərəfindəndir"
Bunu X Qlobal Bakı Forumunda İsrailin kəşfiyyat naziri Gila Qamliel deyib
X Qlobal Bakı Forumunda İsrailin kəşfiyyat naziri Gila Qamliel deyib: “Bu gün regional sabitliyə, Yaxın Şərqə təhlükə var və bu təhlükə İran tərəfindəndir”.
O, İranın bütün Yaxın Şərq və digər ölkələr üçün təhlükə olduğunu qeyd edib: “İran uranın zənginləşdirilməsini 84%-ə çatdırıb və bunun guya səhvən baş verdiyini bildirib. Amma İran MAQATE-yə və beynəlxalq ictimaiyyətə yalan danışır. İran öz xalqına yalan danışır. Buradan bütün beynəlxalq təşkilatlara müraciət edirəm, İranda qadınlara təzyiqlərə baxın. Bu gün İranda qızları məktəbdə zəhərləyirlər, qadınlara, qızlara təzyiqlər edilir. Niyə? Çünki onlar azadlıq, bərabərlik istəyirlər”.