BLOQ

Bu il Azərbaycan hansı ölkələrə neft satıb CƏDVƏL

Dövlət Gömrük Komitəsi xəbər verir

Bu il Azərbaycan hansı ölkələrə neft satıb CƏDVƏL
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cari ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 233 891,32 min ABŞ dolları dəyərində 1 930 858,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 621 083,92 min dollar dəyərində 1 021 917,3 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 454 380,81 min dollar 712 883,74 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 17 ölkəyə 3 490 147,94 min dollarlıq 5 600 505,94 ton neft ixrac edib.

    Azərbaycanın cari ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi:

    Ölkələr

    Miqdar (ton)

    Statistik

    dəyər ($, min)

    Cəmi

    5 600 505.94

    3 490 147.94

    1.

    İtaliya

    1 930 858.25

    1 233 891.32

    2.

    İsrail

    1 021 917.3

    621 083.92

    3.

    Hindistan

    712 883.74

    454 380.81

    4.

    Almaniya

    351 370.07

    233 027.35

    5.

    Tailand

    327 013.52

    203 153.46

    6.

    Tunis

    192 559.55

    119 524.87

    7.

    Çexiya

    170 345.68

    98 132.27

    8.

    Portuqaliya

    170 137.97

    104 135.42

    9.

    Rumıniya

    165 537.88

    92 295.63

    10.

    Türkiyə

    114 020.8

    61 790.42

    11.

    Polşa

    90 150.5

    57 363.56

    12.

    Fransa

    89 712.83

    57 085.07

    13.

    İndoneziya

    86 721.65

    52 551.84

    14.

    Xorvatiya

    79 271.5

    50 441.15

    15.

    İspaniya

    76 534.64

    39 881.49

    16.

    Böyük Britaniya

    20 576.85

    10 975.28

    17.

    Özbəkistan

    893.2

    434.09