Bu il Türkiyənin kino sahəsinə 280 milyon lirə ayrılıb
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib
Ötən il Türkiyədə sənədli, bədii, qısametrajlı və cizgi filmlərinin istehsalı, eləcə də ssenari və dialoq yazılışı, yerli film nümayişi, ortaq istehsal kimi sahələrə ümumilikdə 145 milyon 474 min lirə (7 273 700 AZN) dəstək verilib. Bu il isə ölkənin kino sənayesinə verdiyi dəstək təxminən iki dəfə artaraq 284 milyon 241 min lirəyə (14 212 050 AZN) çatıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, kino sektoru nümayəndələrindən ibarət Kino Dəstək Şurasının müəyyən etdiyi və Türkiyədə kinonun inkişafında mühüm rol oynayan bu dəstəklərdən 97 milyon 750 min lirəsi (4 887 500 AZN) “Uzun metrajlı”, “birgə istehsal” və “çəkiliş sonrası” janrlarda 22 layihəyə ayrılıb. Onlardan 5-i ilk uzunmetrajlı bədii film istehsalı, 13-ü tammetrajlı film istehsalı, 3-ü birgə istehsal üçün nəzərdə tutulub.