XƏBƏRLƏR / Siyasət

Bu il Xankəndidə İƏT-in 17-ci Zirvə toplantısı keçiriləcək

Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək

Bu il Xankəndidə İƏT-in 17-ci Zirvə toplantısı keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı keçiriləcək.

    Bu sözləri "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Prespektivlər" mövzusunda bu gün keçirilən konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev deyib.

    O qeyd edib ki, bu görüşü uğurlu şəkildə həyata keçirəcəyik:

    "Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək".

    Qeyd edək ki, 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.