BLOQ

Bu qadın ABŞ prezident seçkilərində Trampın rəqibi ola bilər

Demokrat partiyasının rəsmiləri gələn həftə Co Baydenin Prezident cıdırından çıxacağını bildirirlər

Bu qadın ABŞ prezident seçkilərində Trampın rəqibi ola bilər
Kamala Harris
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Co Baydenin koronavirusa yoluxduğu xəbərindən sonra onun prezident seçkilərində Demokrat partiyasının namizədi olması ehtimalı sıfıra enib.

    Belə olan halda Demokratların namizədlərini dəyişmək üçün çox az vaxtları qalır.

    Artıq CBS telekanalı Kamala Harrisi Demokratların prezidentliyə əsas namizədi kimi təqdim edir

    Siyasi ekspertlər Baydeni əvəz edə biləcək şəxs barədə mülahizələr irəli sürürlər. Ən şanslı namizəd partiyadaxili praymerizlərdə 40% səs qazanan Kamala Harris sayılır.

    Bəs Kamala Harris kimdir?

    Kamala Devi Harris 

    20 oktyabr 1964-cü ildə ABŞ-da (Oklend, Kaliforniya) anadan olub.

    Amerikalı dövlət və siyasət xadimi, hüquqşünas, ABŞ Demokrat Partiyasının üzvü, 2021-ci il yanvarın 20-dən ABŞ-ın 49-cu vitse-prezidentidir.

    ABŞ tarixində ilk qadın, ilk qaradərili və ilk asiyalı Amerikalı vitse-prezidentdir. Kaliforniya Baş prokuroru (2011-2017), Kaliforniyadan ABŞ senatorudir (2017-2021).

    19 noyabr 2021-ci ildə Co Bayden narkoz altında olarkən ABŞ Prezidentinin səlahiyyətləri Harrisə verilmişdi. ABŞ tarixində ölkə prezidentinin səlahiyyətlərini öz üzərinə götürən ilk və yeganə qadındır.