XƏBƏRLƏR / Kriminal

Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb

Bu barədə NTV məlumat yayıb

Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bursa şəhərində məhkəmə binasına silahlı hücum olub.

    Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

    İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

    Hadisə 6-cı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yerli vaxtla saat 11 radələrində baş verib. Ata və oğlu “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə məhkəmə qarşısına çıxarılıb.