XƏBƏRLƏR / İctimaiyyət

Cəlilabadda qardaşlardan narkotik götürülüb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib

Cəlilabadda qardaşlardan narkotik götürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabadda qardaşlardan narkotik vasitə götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri - əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar.

    Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

    Fakt bağlı araşdırma aparılır.