Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin sayı bu ilin iyun ayının 1-i vəziyyətinə görə 10 148 057 nəfər təşkil edib.
Ölkə əhalisinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.
Komitənin məlumatına görə, 2023-cü ilin ilk beş ayında (yanvar - may) Azərbaycanda boşanmaların sayı artıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 381 nikah və 9 040 boşanma halları qeydə alınıb. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayının 5,6-dan 4,6-ya düşməsi, boşanmaların sayının isə 1,5-dən 2,2-ə qədər artması deməkdir.