"Qanuni oğru" Lotu Qulinin qanlı qətlinin əsl səbəbləri heç də kriminal "razborka" deyil, dəhşətli həqiqətlər daha dərindədir. Bu qətl hadisəsi və ümumiyyətlə, “qanuni oğruluq” mövzusunda bilmədiyiniz və ən maraqlı mətləblərə aydınlıq gətiririk. ANS ÇM in studiyasında qonaqlar:
Şahid Qurbanov (1967, Masallı) – İllərlə zonda məhbus kimi yatan, Lotu Hikmət, Cavanşir, Rövşən Lənkəranski və Lotu Quli kimi kriminal avtoritetləri şəxsən tanıyıb. Zonda oturan məhbuslara SAY (Sosial Adaptasiyaya Yardım) İctimai Birliyinin sədri kimi daim dəstək yetirir, ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ləqəbi: “Peşkom”.
Eynulla Fətullayev (1976, Bakı) – 4 il məhbus həyatı yaşayıb, Lotu Quli ilə dostl olub, bundan əlavə, araşdırıcı jurnalist olaraq Mamed Masalinski, Saşa Kuşner və digər kriminal patronlarla tanışlığı olub. Tanınmış jurnalist, haqqın.az və virtualaz.org saytlarının baş redaktoru.
LOTU QULİ HAQQINDA: Lotu Quli kim idi? Qısa arayış vermək istəyirəm. Əsl adı: Nadir Nəriman oğlu Səlifov (28.08.1972 Dmanisi, Gürcüstan – 20.08.2020 Antalya, Türkiyə) Ləqəbi: “Quli Bakinski”, “Lotu Quli” (“Quli” Gürcü dilində “ürək” deməkdir – ürəkli olduğuna görə bu ləqəb verilib) 13.04.2001-ci ildə 6 saylı cəzaçəkmə müəssisəsində “taclanıb”. 2005-ci ildə Moskvada “qanuni oğrular” Sabirabadlı Hikmət, Ağbaş Çingiz, Masallı Mamed və Rövşən Lənkəranski tərəfindən tanınmayıb (tacdan məhrum edilib). 2012-ci ilin noyabr ayında Moskvada “qanuni oğrular” Xasan (Aslan Usoyan), Vaqif Bakinski (Süleymanov) və Qoca Bakinski (Əlibala Həmidov) tərəfindən yenidən tanınıb (tacı qaytarılıb). Mənbə: primecrime.ru Məhkəmədə son çıxışında (14.10.2005) bildirib: Bu ilin payızında mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqonum” olub. Və hər şey də bundan sonra başlayıb... Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik... Mənbə: primecrime.ru 24.10.2017-ci ildə azadlığa çıxıb. Artıq 26.10.2017-ci ildə Türkiyədən onun dostlarla fotoları paylaşılırdı. 2018-ci ildə BƏƏ, Rusiya və Türkiyədə qısamüddətli saxlanılıb və buraxılıb. 20.08.2020-ci ildə Antalya şəhərinin (Türkiyə) Serik bölgəsindəki otellərdən birində odlu silahdan (tapançadan) qətlə yetirilib. Qatil: mühafizəçi Xaqan Zeynalov (1995, Xan Bakinski, Xan Əhmədlinski). 21.08.2020-ci ildə İstanbulda dəfn olunub.