CƏM verilişi

Mövzu: Koronavirus Azərbaycanı necə məhv edə bilər?

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pandemiya: Azərbaycanda ilkin nəticələr və mövcud problemlər. İnsanlar niyə ölür? İnsanların ölümündə kim günahkardır - TƏBİB və ya Səhiyyə Nazirliyi? Azərbaycan səhiyyəsi, dövlət və özəl klinikalar xalqı xilas etməyə qadirdir, ya yox? Fədakar həkimlər vəd olunan pul mükafatlarını niyə almadılar? Azərbaycan iqtisadiyyatı bu ağır zərbədən sonra ayağa qalxa biləcəkmi? Bu arada Azərbaycan mediası xalqa dəstək oldu, ya hökumətə? Suallar çoxdur və hamısına cavab ANS ÇM-in "Cəm" verilişində tapmaq olar.

    QONAQLAR: 1. Mübariz Əliyev (1959, Füzuli) – tanınmış həkim, Azərbaycan Tibb Universitetinin professoru, Tədris Cərrahiyyə Klinikasının şöbə müdiridir.

    2. Ədalət Şükürov (1966, Sumqayıt) – tanınmış müğənni, bir sıra populyar mahnıların müəllifi, Azərbaycanın əməkdar, Dağıstanın Xalq artistidir, 2007-ci ildən iqtisad elmləri namizədidir, asudə vaxtlarında dizaynerlik və rəssamlıqla məşğul olur.

    3. Bəhram Bağırzadə (1972, Bakı) – tanınmış aktyor, mediaçı və naşir, Azərbaycanın Əməkdar artistidir. 20-yə yaxın bədii filmə çəkilib.

    4. Əli Əhmədov – biznes jurnalist, 2001-2008-ci illərdə ANS TV-də və ANS ÇM radiosunda redaktor, aparıcı, departament rəhbəri və digər vəzifələrdə çalışıb, iqtisadçı ekspertdir, hal-hazırda FED AZ biznes-maliyyə portalının rəhbəridir. İqtisadi jurnalistikada obyektivliyi və yenilikçiliyi ilə seçilir.