"CƏM" verilişi

Mövzu: Ölkə jurnalistikasi nə gündədir?

  • Oxuma müddəti:

    1 dəqiqə

  • SSRİ dağılmağa başlayan dövrdən bəri ölkə jurnalistikasında baş verən köklü dəyişikliklərdən, son 30 ilin yekunlarından, jurnalistikanın bugünkü problemlərindən və gələcəyindən danışıldı.

    QONAQLAR:
    1. Qulu Məhərrəmli (1954, Zəngilan) – tanınmış jurnalist, ssenarist və media eksperti (teletənqidçi), Filologiya elmləri doktoru, BDU-nun professoru, 30-a yaxın kitabın müəllifi, uzun illər AZTV-də müxtəlif proqramların baş redaktoru olub, Əməkdar jurnalistdir.
    2. Mehman Əliyev (1957) – tanınmış jurnalist və media təşkilatçısı, 1990-cı ildən keçmiş SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri olan “Turan” İnformasiya Agentliyinin təsisçisi və direktorudur.
    3. Qənimət Zahid (1963, Şamaxı) – tanınmış mühacir jurnalist (hazırda Fransada yaşayır), media təşkilatçısı və yazıçı, 1990-2000-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub, 2016-cı ildən Turan TV-nin qurucusu və rəhbəridir.
    4. Bəhruz Quliyev (1973, Naxçıvan MR, Şahbuz) – tanınmış jurnalist, Fəlsəfə üzrə fəlsəfə doktoru, 2005-ci ildən “Səs” qəzetinin baş redaktoru və 2008-ci ildən “Səs” Media Qrupunun (SİA, SəsTV, İnternet portallar) təsisçisi və rəhbəridir.