Yeni dərs ilinin başlanması ərəfəsində mediada qızğın mübahisəsi başlamış mövzulardan biri rus məktəblərinin bağlanması, rus dilinin xarici dil kimi tədris olunması təklifləridir.
QONAQLAR: Kamran Həsənli (1963, Bakı) – tanınmış teleaparıcı, aktyor, ilk peşə fəaliyyətinə müəllim kimi başlayıb.
Qalibə Budaqova – Xanım Budaqova verilişimizdə məktəb direktoru kimi, Bakı şəhəri 23 nömrəli orta məktəbin keçmiş direktoru kimi iştirak edir. Amma qeyd etməyə bilmərəm ki, o, Qarabağ şəhidi, Milli Qəhrəman Tahir Həsənovun anası və “Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin sədridir.
Hikmət Hacızadə (1954, Bakı) – 1992-93-cü illərdə Azərbaycanın Rusiyada səfiri, fizika-riyaziyyat elmləri namizədi, iqtisadi və siyasi araşdırmaçı. Cənab Hacızadə verilişimizdə virtual iştirak edir.
Bəzi statistik rəqəmləri diqqətinizə çatdırmamışdan əvvəl qeyd edək ki, TN və Dövlət Stat. Kom.-nin rəqəmləri arasında fərq var və mən TN-nin ötən dərs ilinə aid statistik məlumatına əsaslanmışam: Azərbaycanda - 4,443 ümumtəhsil məktəbi var. Şagirdlərin sayı – 1,567,000 nəfərdir Azərbaycan bölməsində – 1.428.608 şagird (91,2%) Rus bölməsi – 131.412 şagird (8,4%) İngilis – 5.457, gürcü – 1.114 Türk – 295, Fransız – 130 şagird (0,4%) CƏMİ digər bölmələrdə – 138,408 şagird (8,8%) təhsil alır.