Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb
Associated Press agentliyi xəbər verir
Cənubi Afrika Respublikasının şimal-şərqindəki Limpopo əyalətində avtobusun qəzaya uğraması nəticəsində 45 nəfər həlak olub.
Associated Press agentliyi xəbər verir ki, yerli polisin məlumatına görə, avtobus Mamatlakala körpüsündən dərəyə aşaraq yanıb. Qəzanın sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Limpopo əyalətinin hakimiyyət orqanlarının açıqlamasına görə, dəhşətli qəzadan sağ qurtaran yeganə şəxs hazırda tibbi yardım alan 8 yaşlı uşaqdır. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Əyalət hökuməti axtarış əməliyyatlarının davam etdiyini, lakin bir çox cəsədin tanınmaz hala düşdüyünü bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.