Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb
İmpiçmenti nəticəsində səlahiyyətləri dayandırılan Cənubi Koreya prezidenti Yun Sok Yol qiyam işi ilə bağlı polisin dindirilmə prosesinə gəlməyib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edərək qiyama təhrik etmə təşəbbüsündə ittiham olunur.