Çexiya da Azərbaycana təzyiq etmək xülyasındadır
Bunu İrəvanda deyən Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Bakıya gələcək
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında ölkəsinin Bakıya təzyiq etdiyini bildirib.
"Biz heç vaxt təslim olmamalı və onları bu danışıqlara sövq etməliyik. Bu çox vacibdir. Bakıya səfərim zamanı mən mütləq bu sualları qaldıracağam ki, onlar niyə Ermənistan nümayəndələrinin hörmətlə qarşılayacağı həll yollarını tapmaq istəmirlər. Bizim etməli olduğumuz budur. Və təbii ki, biz bütün imkanlarımızdan istifadə edirik ki, Azərbaycan nümayəndələrinə belə təzyiqlər edə bilək ki, onlar danışıqlarda iştirakını davam etdirsinlər.