Ceyhun Bayramov ABŞ-a yollandı
Xarici işlər naziri BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun Baş Assambleyanın plenar iclasında çıxışı, sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirakı, habelə xarici ölkələrin rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.