XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi twitterdə məlumat yayıb

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavik şəhərində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç və İslandiyanın Baş naziri Katrin Yakobsdottirlə görüşüb.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi twitterdə məlumat yayıb.

    Qeyd edək ki, Ceyhun Bayramov İslandiyanın paytaxtında Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir. XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.